Ölümünün səbəbi açıqlanmır
ABŞ-ın Mayami şəhərində bir vaxtlar fiqurlu konkisürmə üzrə Azərbaycanı təmsil etmiş rusiyalı idmançı İqor Paşkeviç həlak olub.
Sportal.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fiqurlu konkisürmə Federasiyasının mətbuat xidməti xəbər verib. Bildirilir ki, Paşkeviç 44 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi açıqlanmır.
İqor Paşkeviç Moskvada anadan olub, 1996-cı ildə Avropa çempionatının gümüş medalını qazanıb. 1997-ci ildən kişilər arasında fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edib. Son illərdə o, ABŞ-da məşqçi kimi çalışıb.
saytlarin hazirlanmasi