Millimizi məyus edən futbolçu: " Şadam ki, bu qol yığmamıza qələbə gətirdi"

00:49 - 28 Mart 2016

"Planlaşdırdığımız kimi erkən qol vurduq"
 
Qazaxıstanın yarımmüdafiəçisi Maksat Bayjanov Antalyada yığmamıza qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
 
Sportal.az xəbər verir ki, o, 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
 
"Hər şey bizim üçün yaxşı alındı. Planlaşdırdığımız kimi erkən qol vurduq. Amma matç çətin keçdi. Əsas odur ki, pis oynamadıq və qonşu ölkənin komandası üzərində prinsipial qələbə qazandıq. Yığmadakı ilk qolumu vurdum. Birinci qol həmişə yaddaqalan olur. Bu da istisna deyil. Şadam ki, bu qol yığmamıza qələbə gətirdi. Bu qolu ailəmə, yaxınlarıma, qohumlarıma həsr etmək istərdim".

Xəbər xətti