"Bu gün klub rəhbərliyi ilə görüşəcəm"
"Rəvan"ın türkiyəli məşqçisi Eyup Demircinin postundan istefa verdiyi barədə məlumat vermişdik.
Komandadan ayrılmasının səbəbini mütəxəssis Sportal.az-a açıqlayıb:
"Noyabr ayında "Rəvan"la il yarımlıq müqavilə bağladım. Lakin bir müddət keçsə də, maliyyə problemlərinə görə pulumu ala bilmirdim. Hazırda həm əvvəl çalışdığım "Bakı"nın, həm də "Rəvan"ın mənə borcu var. Bu gün "Rəvan" rəhbərliyi ilə görüşüm olacaq, hər şey bundan sonra məlum olacaq. Əgər klub rəhbərliyi ilə ortaq məxrəcə gələ bilməsək, "Rəvan"dan şikayət edəcəm",
Demirci Türkiyə PTT I Lİqasında mübarizə aparan "Adana Dəmirspor"dan təklif aldığl və şifahi olaraq razılaşdığını da dilə gətirib.
saytlarin hazirlanmasi