Daha iki milli də...
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 8-ə çatıb.
Sportal.az xəbər verir ki, daha iki milli Ukrayna və İngiltərə yığmaları da son turun nəticələrindən asılı olmayaraq çempionata vəsiqə qazanıb.
Qeyd edək ki, daha öncə Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.
saytlarin hazirlanmasi