Ramil Şeydayev: "Azərbaycanla matçda çox az sayda təhlükəli vəziyyət yaratdıq"

11:24 - 28 Mart 2016

"Bu, artıq bizim bəlaya çevrilib"

 

Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Rusiya yığmasının qonağı olan Azərbaycan millisi 2:2 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, əslən azərbaycanlı olan futbolçu Ramil Şeydayev oyun haqda fikirlərini bildirib:

 

"Azərbaycan millisi ilə matçın ilk hissəsində bərbad oynadıq. Çox az sayda təhlükəli vəziyyətlər yaratdıq. Standart vəziyyətlərdən qollar buraxdıq. Bu, artıq bizim bəlaya çevrilib. Almaniya ilə qarşılaşmadan sonra vəziyyətimizin düzələcəyinə ümid edirəm".

Xəbər xətti