"Kəpəz" Bakı hazırlığını başa vurdu

19:08 - 28 Mart 2016

Sabah Gəncəyə gedir
 
Azərbaycan Premyer Liqasının 27-ci turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı Bakı toplanışını bu gün başa vurub.
 
Sportal.az klubun  saytına istinadən xəbər verir ki, paytaxtda keçirilən son məşqdə əsas milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov ilə Tərlan Quliyev iştirak etməyib. 

Onlara bir günlük istirahət verilib. Hər iki futbolçu komandaya sabah qoşulacaq. Bu ikilidən fərqli, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının heyətində yer almış Budaq Nəsirov martın 27-dən Gəncə klubunun hazırlığında iştirak edir.

Qeyd edək ki, martın 23-dən paytaxtda hazırlıq keçən “sarı-göylər” sabah Gəncəyə gedəcək.

Xəbər xətti