"Qəbələ"nin futbolçusu 88 dəqiqə oynadı, komandası məyus oldu

00:18 - 30 Mart 2016

Estoniya Serbiyaya məğlub oldu
 
Beynəlxalq yoldaşlıq qarşılaşmaları çərçivəsində növbəti oyunlar keçirilir.
 
Sportal.az xəbər verir ki, Estoniya yığması Serbiyanı sınağa çəkib. Oyun serblərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 81-ci dəqiqədə Aleksandar Kolarov imza atıb.
 
"Qəbələ"nin futbolçusu Sergey Zenyov matçın iştirakçısı olub. Estoniya yığmasının üzvü start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti