Nəsirov cəzalı duruma düşdü
Premyer Liqanın XXVIII turunda AZAL-ın qonağı olacaq "Kəpəz” qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Şahin Diniyev aparıcı yarımmüdafiəçisi Budaq Nəsirovun xidmətindən istifadə edə bilməyəcək.
Buna səbəb gənc futbolçunun cəzalı duruma düşməsidir. Premyer Liqanın XXVII turunda dünən "Zirə” ilə ev matçında sarı vərəqə alan Nəsirov cəzalı duruma düşüb. O, növbəti dəfə sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, AZAL – "Kəpəz” qarşılaşması aprelin 3-də baş tutacaq.
saytlarin hazirlanmasi