"Kəpəz"in kapitanı: "Birinci hissədə istədiyimiz qolları vura bilərdik"

10:07 - 31 Mart 2016

"Uşaqlarda yorğunluq var idi"

 

Azərbaycan Premyer Liqasının XXVII turunda doğma meydanda "Zirə"ni qəbul edən "Kəpəz" 2:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in kapitanı Tural Axundov "CBC Sport"a açıqlama verib:

 

"Birinci hissə bizim üçün çətib oldu. Uşaqlarda yorğunluq var idi. Biz elə birinci hissədə istədiyiz qolları vura bilərdik. Sağ olsunlar ki, uşaqlar fasilədən sonra toparlandılar, lazım olan qolları vurduq. "Neftçi" ilə oyunda da penatini mən vurmuşdum. Şahin müəllim sağ olsun ki, bu oyunda da penaltini mənə həvalə etdi".

Xəbər xətti