UEFA daha iki klubu avrokuboklardan kənarlaşdırdı

21:33 - 31 Mart 2016

"Dnepr"ə 3 mövsümlük cəza
 
UEFA Ukraynanın "Dnepr" və Rumıniyanın "Tarqu Mureş" klublarını bir mövsüm müddətinə avrokuboklardan uzaqlaşdırıb.
 
Sportal.az xəbər verir ki, hər iki klub keçmiş məşqçilərinə və futbolçulara olan borcunu ödəmədiyi üçün bu cəzaya məruz qalıb.
 
Ukrayna və Rumıniya təmsilçiləri növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.
 
Qeyd edək ki, "İnter", "Dnepr" və "Tarqu Mureş"in avrokuboklardan kənarlaşdırılacağı ilə bağlı ilk xəbəri Sportal.az saytı yaymışdı. (http://sportal.az/?goal=news&id=66927)

Xəbər xətti