Hüseynov bu matçda oynaya biləcək
Premyer Liqanın XVIII turunda "Neftçi"ni qəbul edəcək "Rəvan" zədəlisindən şad xəbər alıb.
Sportal.az xəbər verir ki, ötən tur "Qarabağ"la matçda zədələnərək oyunu yarımçıq dayandıran Əziz Hüseynovun son durumuna aydınlıq gəlib. Belə ki, yarımmüdafiəçi artıq zədəsini tam sağaldıb və "Neftçi"ylə matçda meydanda olacaq.
Qeyd edək ki, "Rəvan" - "Neftçi" dueli aprelin 3-ü saat 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi