"Bizim yolumuz var və bu yolla gedirik"
Azərbaycan Premyer Liqasında sabah XXVIII turun oyunları keçiriləcək. Tur çərçivəsində "Kəpəz" səfərdə AZAL-ın qonağı olacaq.
Turnir cədvəli baxımından bu oyun hər iki komanda üçün vacib xarakter daşıyır. "Sarı-göylər" 3-cü pillədəki mövqeyini qorumağa çalışarkən, ev sahibləri liderlərə yaxınlaşmağa can atacaq. Tərəflərin Avroliqaya vəsiqə üçün mübarizə aparması da matçın əhəmiyyətini artırır. Rəqiblərinin xal itirməsinə ümid etməklə yanaşı, Gəncə klubunun özü də qələbə qazanmağa səy göstərəcək.
Sportal.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi oyundan əvvəl fikirlərini bildirib: "AZAL güclü rəqibdi. Az büdcə və kasad heyətlə nəticəyə oynayan komandadı. Daha çox müdafiədən oynayırlar, əks-hücumlardan oyunu qururlar. Bizim yolumuz var və bu yolla gedirik. Rəqibləri yox, özümüzü fikirləşirik. Maksimum nəticə qazanmağa çalışırıq. Bizdən öndə və ya geridə olan komandaların necə oynamasını düşünmürük. Səhvlərimizi minimuma endirib, məqsədimizə çatmalıyıq". (Kəpəz TV)
saytlarin hazirlanmasi