Millimizin üzvü suda boğuldu

00:55 - 3 Aprel 2016

Həyatını xilas etmək mümkün olmayıb
 
Cüdo üzrə milli yığma komandanın üzvü Şəmkirdə suda boğulub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir Olimpiya İdman Kompleksində qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qasımov Samir Vüqar oğlu məşqdən sonra hovuzda üzərkən boğulub. Ona dərhal tibi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti