Avropa çempionatı
Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha iki vəsiqənin sahibi bəlli olub.
Sportal.az xəbər verir ki, Şotlandiya və İspaniya millisi mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.
Qeyd edək ki, artıq 16 iştirakçıdan 15-i məlumdur. Bundan əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç, Fransa və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.
saytlarin hazirlanmasi