Vəli Qasımov "Rəvan"a məğlubiyyətə görə zədəliləri bəhanə etdi

19:14 - 3 Aprel 2016

"Mən bilmirəm, onu komandaya kim gətirib"
 
Premyer Liqanın 28-ci turunda "Rəvan" doğma azarkeşləri önündə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Vəli Qasımov məğlubiyyətə belə şərh verib:
 
"Deməyə sözüm azdı, meydanın rəqibə aid olan hissəsində oynadıq, amma bir qol vura bilmədik. Zədəlilər çoxdur, tam heyətlə məşq edə bilmirik. Anyete yorulmuşdu, ona görə onu əvəzlədim. İkinci hissə də bizim tam üstünlüyümüz şəraitində keçdi. Oyunumuz yaxşı idi, nəticə isə yox.
 
- Son nöqtəni qoymaq üçün nə çatmır?
- Lazım olan dəqiq ötürmələr çatmırdı, Kanales paslarla təmin olunmurdu.
 
- Maksim Vaylonu "Neftçi"yə kim gətirib?
- Mən bilmirəm, onu komandaya kim gətirib. Onu da qeyd edim ki, gənc qapıçı Kamran İbrahimov 3-cü qapıçıdır. Gələcək oyunlarda onu əsas heyətdə görə bilərik.
 
- AZAL qələbə qazanmaqla sizdən uzaqlaşdı. Avrokubok şanslarınızı dəyərləndirərdiniz...
- Çempionatda da sona qədər mübarizə aparacağıq. Amma əsas ümidimiz kubokdur.4
 
- İstefa şüarları səsləndi. Bu sizəydi, yoxsa klub rəhbərliyinə?
- Bilmirəm

Xəbər xətti