"Neftçi" Lənkərana itki ilə yollanacaq

00:14 - 5 Aprel 2016

Qurbanov cəzalı duruma düşdü
 
Premyer Liqanın XXIX turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Neftçi” itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Vəli Qasımov sözügedən qarşılaşmada Kamal Qurbanovun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb Qurbanovun cəzalı durumda olmasıdır. "Rəvan”la qarşılaşmada sarı vərəqə alan futbolçu cəzalı duruma düşüb. Mövsüm ərzində 8-ci "sarı”sını alan Qurbanov Lənkəranda baş tutacaq "böyük oyun”u kənardan izləməli olacaq. 
 
Qeyd edək ki, "Xəzər Lənkəran” – "Neftçi” oyunu aprelin 10-da baş tutacaq. 

Xəbər xətti