8 səbətdə yer alacaqlar
Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında qrup mərhələsinin püşkü aprelin 8-də atılacaq.
Sportal.az xəbər verir ki, artıq səbətlərin tərkibi bəlli olub. Final mərhələdə çıxış edəcək 16 komanda 8 səbətdə yer alacaq.
I səbət: Danimarka, Şotlandiya
II səbət: Ukrayna, İngiltərə
III səbət: İtaliya, Bosniya və Herseqovina
IV səbət: Almaniya, Hollandiya
V səbət: Portuqaliya, İsveç
VI səbət: Fransa, Avstriya
VII səbət: Serbiya
VIII səbət: Belçika, İspaniya
Ev sahibi: Azərbaycan
Qeyd edək ki, turnirin qrup mərhələsinin oyunları 5/6, 8/9 və 11/12 may tarixlərində keçiriləcək. 1/4 final və yarımfinalın görüşləri müvafiq olaraq 14/15 və 18 may tarixlərində baş tutacaq. Final matçı isə mayın 21-də keçiriləcək.
saytlarin hazirlanmasi