Kaxaber Tsxadadze Qazaxıstan klubunda

11:43 - 5 Aprel 2016

Borodyukun əvəzinə...

 

Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, təcrübəli gürcü mütəxəssis Qazaxıstanın "Kayrat" klubu ilə anlaşıb. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Tsxadadze bu posta Aleksandr Borodyuku əvəzləyib.

 

Qeyd edək ki, Tsxadadzenin son iş yeri Gürcüstan millisi olub.

Xəbər xətti