Klublarımızın azarkeşləri şəhidlərimiz üçün birləşdi

00:16 - 6 Aprel 2016

Bu gün yürüş baş tutacaq
 
Son günlər Qarabağda baş verən məlum hadisələr Azərbaycan klublarının fan klublarını bir araya gətirib.
 
Sportal.az xəbər verir ki, fan klublar bu gün Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına yürüş edəcək. Elmlər Akademiyası metrostansiyası yaxınlığında toplaşacaq fan klub üzvləri Şəhidlər Xiyabanına qədər yürüş edəcək.
 
Yürüşdə əzəli rəqiblərin də fan klubları ordumuza dəstək üçün birləşəcək. Yürüş zamanı "Neftçi" - "Xəzər Lənkəran", "Kəpəz" - "Neftçi" kimi əzəli rəqiblərin azarkeşləri bir arada olacaq.
 
Belə ki, "Sector 11", "Forza Neftçi”, "Xəmsə Kəpəz Ultras”, "İnterfan”, "The Caspian”, "İmarət”, "1951 fan”, "Qarabağ Ordusu”, "Qisas”, "Green Gate”, "Caspian Ultras” və "Qəbələfan” fan klublarının üzvləri bir araya gələcək.
 
Qeyd edək ki, yürüş 13:30-da başlayacaq. 

Xəbər xətti