Komanda tam heyətlə məşq edir
Premyer Liqanın 29-cu turunda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" iki günlük fasilədən sonra dünən Lənkərandakı bazasında toplaşaraq məşqlərə start verib.
Sportal.az xəbər verir ki, dünən üçün nəzərdə tutulan iki məşqdən biri səhər saatlarında baş tutub və yardımçı meydançada əsasən fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra qapıya zərbələr üzərində çalışıb.
Hazırda “ Xəzər Lənkəran”ın heyətində zədəli Vaquf Güləliyev də sıraya qayıtdığından komanda tam tərkibdə məşqlərini davam etdirir.
Xatırladaq ki, “ Xəzər Lənkəran” – “ Neftçi” oyunu aprel 10-u, saat 16.30-da başlayacaq.
saytlarin hazirlanmasi