İtaliyalı əfsanənin Azərbaycana gəlişi rəsmən açıqlandı

16:01 - 7 Aprel 2016

Avropa çempionatı üçün...

 

İtaliya futbolunun əfsanəsi Françesko Toldonun Azərbaycana gəlişi rəsmiləşib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş sabiq qapıçının paytaxtımıza səfəri 17 yaşadək futbolçular arasında Avropa çempionatı Azərbaycan-2016-nın püşkatma mərasiminə qatılmaqdı.

 

“İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeninin Kavaleri, karyerası ərzində “İnter”, “Fiorentina” kimi klubların formasını geyinmiş Toldo mərasimdə qonaq kimi iştirak edəcək.  

 

Qeyd edək ki, püşkatma sabah, Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Xəbər xətti