Komanda hazırlığını tamamladı
Premyer Liqanın XXIX turunda bu gün “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlığını yekunlaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi “Azərsun Arena”da çıxıb. Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.
Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma Nəsirov zədəlidir. Gənc futbolçu tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar bu gün təkrar müayinədən sonra veriləcək.
saytlarin hazirlanmasi