Samir Məsimov "Neftçi"yə geri dönəcəyi haqda gəzən xəbərlərə son nöqtəni qoydu

03:00 - 8 Aprel 2016

"Bunların hamısı yalandır"
 
Sloveniyanın "Domjale" klubunun azərbaycanlı yarımmüdafiəçisi Samir Məsimov "Neftçi"yə qayıdacağı barədə yayılan son xəbərlərə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, o, "facebook" sosial şəbəkəsindəki səhifəsində bunları qeyd edib:
 
"Axşamınız xeyir! Son vaxtlarda bəzin idman saytları yazırlar ki, guya mən "Neftçi"yə qayıtmaq istəyirəm. Bunların hamısı yalandır! Hər şey yaxşıdır. Burada məndən razıdırlar. Məşq edirəm, inkişaf etməyə çalışıram ki, irəli gedim. Mənə görə narahat olan hər kəsə təşəkkürümü bildirirəm".
 

Xəbər xətti