Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılır

10:27 - 8 Aprel 2016

Millimizin rəqibləri bəlli olur

 

Bu gün 17 yaşadək futbolçular arasında ölkəmizdə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək tədbirdə 16 komanda 4 qrupa bölünəcək. Tədbir saat 12:00-da başlayacaq. Püşkatmada yalnız Azərbaycan yığması iştirak etməyəcək. Belə ki, qaydalara əsasən meydan sahibi püşksuz A qrupunun 1-ci komandası olacaq. 

 

Qeyd edək ki, turnirin qrup mərhələsinin oyunları 5/6, 8/9 və 11/12 may tarixlərində keçiriləcək.

 

A səbəti: Portuqaliya, Serbiya, Ukrayna, Almaniya, Danimarka, İtaliya, Fransa.
 
B səbəti: Belçika, İngiltərə, Avstriya, Hollandiya, Bosniya və Herseqovina, İsveç, Şotlandiya, və İspaniya

Xəbər xətti