Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı bəlli oldu

13:51 - 8 Aprel 2016

İlk sınaq Portuqaliya ilə...

 

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Bakıda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki oyunlarının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, A qrupunda yer alan millimiz mayın 5-də Bakı Olimpiya Stadionundakı açılış mərasiminin ardından Portuqaliya yığması ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya ilə üz-üzə gələcək. 

Xəbər xətti