Təxminən 5 il sonra
Bu gün Premyer Liqanın XXIX turunun açılış matçında start götürəcək "Qarabağ" - "Kəpəz" dueli "CBC Sport" telekanalı canlı yayımlanacaq.
Sportal.az xəbər verir ki, bu qarşılaşmanı tamaşaçılar təcrübəli şərhçi Rövşən Binnətlinin təqdimatında izləyəcəklər. Bu barədə Binnətli öz "facebook" səhifəsində məlumat yayıb:
"Təxminən 5 il sonra mənim üçün çox əziz olan futbol azarkeşləri ilə bu gün yenidən həmsöhbət olacağam. “Qarabağ” – “Kəpəz” oyununu istəkli həmkarım Şəmsəddin Abbasovla birgə çatdıracağıq. İlk şərhim də aprel ayına təsadüf etmişdi (12 aprel 2001), qayıdışım da bu gözəl ayın qismətinə düşdü. “Qarabağ” – “Kəpəz” görüşü 17:30-da başlasa da, canlı efirimiz saat 5-də başlayır. Sonsuz dərəcədə darıxdığım hömsöhbətlərim, efirdə görüşənədək".
saytlarin hazirlanmasi