"Sona kimi oyunçularımın arxasındayam"
Premyer Liqanın 29-cu turu çərçivəsində "Qarabağ” evdə "Kəpəz”i 4:0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini jurnalistlərə bildirib:
- Öncə şəhidlərmizə görə xalqımıza, onların yaxınlarına baş sağlığı verirəm. Futbol indi ikinci plandadı. Belə hesabdan sonra nədənsə danışmağın mənası yoxdu. Rəqibə bütün komponentlərdə məğlub olduq. Cari mövsümdə ən zəif oyunumuz oldu. Günahkar mənəm. Rəqib bizə dərs keçdi. Heyətdə futbolçuların sayı elə də çox deyil. Futbolçuların daxili qüvvələrinin hesabına nəticə qazanmağa çalışacağıq. Həyat davam edir, irəli baxmaq lazımdı.
- Bu oyunda sizi müdafiəçilərinizin uduzdurduğunu demək olarmı?
- Biz 29 oyundu ki, eyni müdafiəçilərlə oynayırıq. Onlar da robot deyil. Sona kimi oyunçularımın arxasındayam. Səhvlərimizi bilirəm.
- Komandanın psixoloji problemi nədi? Komanda daxilində nə isə problem var?
- İnsan yorulanda psixoloji cəhətdən də səhv edir. Yorğunluq psixologiyanın pozulmasına gətirir.
- Baş məşçinin əsas vəzifəsi həm də komandanı yaxşı vəziyyətə gətirməkdi. Bundan sonra nə edəcəksiniz?
- Xarakter bu yerdə lazımdı. Hansısa yollar axtaracağıq. Qazandığımız nəticələri son turda itirmək haqsızlıq olardı.
saytlarin hazirlanmasi