Arda Turandan Azərbaycana dəstək FOTO

01:15 - 9 Aprel 2016

"Mən də imzaladım"
 
Ağ Evin saytında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün imza toplama kampaniyası yaradılıb. Kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. 
 
Sportal.az xəbər verir ki, "Barselona" və Türkiyə millisinin futbolçusu Arda Turan da petisiyanı imzalayıb. Turan Tvitter hesabında bu barədə yazıb: “Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı petisiyanı mən də imzaladım”.
 

Xəbər xətti