Adil Şükürov: "Rəvan"ı yaxşı dəyərləndirmişdik"

16:17 - 10 Aprel 2016

"Komanda daxilində psixoloji durum yaxşıdır"
 
Premyer Liqanın 29-cu turunda "Zirə" səfərdə "Rəvan"ı 4:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Zirə təmsilçisinin baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.
 
"İlk növbədə şəhid ailələrinə başsağlığı verirəm. "Rəvan”a qarşı əvvəlki oyunlarımız çətin olmuşdu. Bu oyunda isə "Rəvan”ı daha yaxşı dəyərləndirmişdik. Qarşıdakı oyunlarımıza hazırlaşmalıyıq".
 
Komandadakı zədəlilər barədə danışan Şükürov bunları deyib: "Vüqarın tempraturu var idi. HaI hazırda müalicə alır. Digər zədəlilərimiz Krnetanı dördbaşlı əzələsində zədə var. Mbahda isə beyin hissəsində biraz problem var. Qarşıdakı oyunlarda onların xidmətindən yararlanmaq imkanımız olacaq.”
 
Mütəxssis komandanın qarşıdakı çətin oyunlarından söz açıb: "Futbolçular daim əsas heyətdə oynamaq istəyir. Biz bütüb oyunlara maksimum şəkildə hazırlaşırıq. İnşallah qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Komanda daxilində psixoloji durum yaxşıdır.”

Xəbər xətti