Vəli Qasımov: "Oyunun sonuna yaxın bəzi oyunçularda yorğunluq var idi"

18:55 - 10 Aprel 2016

"Əlimizə düşən imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq"
 
Azərbaycan Premyer Liqasının XXIX turunda "Neftçi” səfərdə "Xəzər Lənkəran”ın qonağı olub. "Böyük oyun” qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "CBC Sport”a açıqlama verən "Neftçi”nin çalışdırıcısı Vəli Qasımov qarşılaşma haqqında fikirlərini bildirib:
 
"Düşünürəm ki, bugünkü oyun futbolsevərlərin ürəyincə oldu. Çünki hər iki komanda gözəl oyun sərgilədi. Hər iki komandanın qol vəziyyətləri yarandı. Çox gərgin oyun idi. Əlimizə düşən imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Oyunun sonuna yaxın bəzi oyunçularda yorğunluq var idi. Ona görə də, hər üç əvəzetmədən istifadə etdim.”

Xəbər xətti