Şəhidləri unutmadılar
Ötən gün keçirilən "Neftçi" ilə matçda "Xəzər Lənkəran" azarkeşləri alqışalayiq addım atıb.
Sportal.az xəbər verir ki, lənkəranlı fanatlar "Neftçi" ilə oyunda “Talış, Lələtəpə, Maqadiz, Vətən səninləyik biz” banneri açıblar.
Banner açıldıqdan dərhal sonra isə azarkeşlər əsgər salamı ilə vətən uğrunda şəhid olan hərbiçilərimizi unutmadıqlarını bir daha isbatlayıblar.