AFFA-dan "Qəbələ" və "İnter"ə cəza

12:50 - 12 Aprel 2016

29-cu turun cəzaları

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçiilib.

 

Sportal.az xəbər verir ki, iclasda bir sıra qərarları qəbul olunub:

 

 

Əvəzedici heyətlərin XXIX turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin XXIX turunun “İnter” – AZAL matçının 13-cü dəqiqəsində “İnter” klubunun 97 №-li futbolçusu Fərid Abbaslısonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 56 №-li futbolçusu Rüstəm Rüstəmliikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin XXIX turunun “Rəvan” – “Zirə” matçının 76-cı dəqiqəsində “Rəvan” klubunun 9 №-li futbolçusu Nuran Qurbanovikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Xəbər xətti