"Xəzər Lənkəran" matçıöncəsi "Zirə"də son durum

18:11 - 12 Aprel 2016

İkisi qayıtdı

 

Azərbaycan Premyer Liqasının XXX turunda "Xəzər Lənkəran"la qarşılaşacaq "Zirə" bu matçın hazırlıqlarına başlayıb.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, Yovan Krneta və Çimezi Mbah komanda ilə birgə məşqlərə başlayıb və növbəti matçda meydana çıxa biləcəklər. Dieqo Souza  isə zədə səbəbindən "Xəzər Lənkəran"la matçda forma geyinə bilməyəcək. Xəstə olan Vüqar Mustafayevin isə növbəti matçda oynayıb-oynamayacağı hələlik bəlli deyil.

 

Qeyd edək ki, "Zirə" - "Xəzər Lənkəran" matçı aprelin 16-sı saat 16:30-da başlayacaq.

Xəbər xətti