Fərəczadə 32 oyunda 15 qolla yadda qaldı
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rəcəb Fərəczadə son oyununa çıxıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu son oyunu dünya çempionatının "pley-off" mərhələsinin cavab görüşündə Hollandiya yığmasına qarşı keçirib.
Bu səbəbdən Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və AFFA-nın baş katibi Elxan Məmmədov R.Fərəczadəyə hədiyyə təqdim ediblər.
Qeyd edək ki, R.Fərəczadə millinin heyətində 32 oyuna çıxıb və 15 qol vurub.
saytlarin hazirlanmasi