"Millinizin qrupdan çıxmaq şansının olduğunu vurğulamaq istərdim"
“Bizi çətin oyunun gözlədiyini bilirdik. Komandam istəkli idi və əlindən gələn etdi. Oyunda qol vurmaqla yanaşı, müdafiə olunmağı da bacarmaq lazımdır. Hücum xəttindən razı qaldım".
Sportal.az xəbər verir ki, bu sözləri Marsel Lusvild futzal üzrə dünya çempionatının "pley-off" mərhələsində millimizlə 4:4 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edərkən deyib.
O, gənc komanda ilə beynəlxalq səviyyədə uğur qazanmaq çətin olduğunu bildirib:
"Hollandiyada futzal üzrə peşəkar səviyyədə ölkə çempionatı keçirilmir. Bu gün millinin formasını geyinənlər, demək olar, həvəskar oyunçulardır. Onlar həftədə 1-2 dəfə məşq edirlər. Amma sizin komandanın üzvləri hər gün hazırlıq keçirlər. Dünya çempionatına gəldikdə, orada qitələrin ən güclü yığmaları çıxış edəcək. Amma Azərbaycan millisinin qrupdan çıxmaq şansının olduğunu vurğulamaq istərdim. Yığmanızla fəxr edə bilərsiniz”.
saytlarin hazirlanmasi