Millimiz turnirdə iştirak edəcək

15:32 - 13 Aprel 2016

Tailand, Ukrayna, İran, Qazaxıstan və Azərbaycan iştirak edəcək
 
Futzal üzrə Azərbaycan yığması avqust ayında beynəlxalq turnirdə iştirak edəcək.
 
Sportal.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının məşqçisi Kakau açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan və turnirə ev sahibliyi edəcək Tailand yığması ilə yanaşı, yarışda Qazaxıstan, İran və Ukrayna milliləri də mübarizə aparacaq. Turnirin avqust ayının sonlarında baş tutması gözlənilir. 

Xəbər xətti