Sabiq "Neftçi"li qol vurdu, "Traktor Sazi" heç-heçə etdi

00:49 - 15 Aprel 2016

Qarşılaşmada 2 qol
 
İran çempionatında 26-cı turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu tur evdə "Saba Qom"u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Təbriz klubunun qolunu sabiq "Neftçi"li Karlos Kardoso vurub.
 
Qeyd edək ki, "Traktor Sazi" 26 turdan sonra 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider "İstiqlal"dan (Kuzestan) 5 xal geri qalır.
 
"Traktor Sazi" - "Saba Qom" 1:1
Qollar: Kardoso, 41 - Məhəmmədrza Bauj, 88

Xəbər xətti