Avropa Liqasında yarımfinal cütləri bəlli oldu

14:49 - 15 Aprel 2016

"Liverpul" "Vilyarreal"a, "Şaxtyor" "Sevilya"ya qarşı

 

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşkatmada maraqlı cütlüklər qeydə alınıb.

 

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel - 5 may tarixlərində keçiriləcək. Final matçı isə mayın 18-də İsveçrənin "Sent Yakob Park" arenasında baş tutacaq.

 

 

1/2 final cütülkləri:

"Şaxtyor" (Ukrayna) - "Sevilya" (İspaniya)

"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) 

Xəbər xətti