Toğrul Əsgərov "İnter"lə matçda
Premyer Liqanın 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” - “İnter” matçını (1:1) Olimpiya çempionu Toğrul Əsgərov da izləyib.
Sportal.az xəbər verir ki, dörd illiyin ən böyük yarışının qalibi Gəncə klubunun azarkeşi kimi tanınır və mütəmadi olaraq komandanın evdə və səfərdə keçirilən oyunlarında tribunada yer alır.
Əsgərovun oyuna baxmağa gəlməsi fanatların da diqqətini çəkib, azarkeşlər “Toğrul, Toğrul” deyə güləşçini salamlayıblar. Oyun boyu “sarı-göylər”ə dəstək verən pəhləvan görüşdən sonra azarkeşlər ilə şəkil çəkdirib. (klub saytı)
saytlarin hazirlanmasi