Prosineçki Azərbaycana qayıtdı

19:24 - 16 Aprel 2016

Baş məşqçi "Bakcell Arena"da
 
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıya qayıdıb.
 
Sportal.az "Report"a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis hazırda "Bakcell Arena"dadır. Prosineçki "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilən Premyer Liqanın XXX tur matçını izləyib. Onunla yanaşı, oyuna AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Yaşar Vahabzadə də tribunada yer alıb.
 
Qeyd edək ki, Robert Prosineçki bir neçə gün öncə Xorvatiya mətbuatına açıqlamasında Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən həyat yoldaşının qorxduğunu və ailəsini Bakıdan apardığını bildirmişdi.  

Xəbər xətti