Elbrus Məmmədov: "Komandanın da büdcəsi artırılacaq"

18:53 - 17 Aprel 2016

"Müdafiədə buraxdığımız səhv qolla nəticələndi"
 
“Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Gözəl oyun alındı. Hər iki komanda hücum futbolu sərgilədi”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov “Zirə” ilə oyundan sonra deyib. Məmmədov 0:1 hesablı yenilgini müdafiədəki səhvlə əlaqələndirib: “Müdafiədə buraxdığımız səhv qolla nəticələndi. Biz də qol epizodları yaratdıq. Lakin onları dəyərləndirə bilmədik”.
 
Elbrus Məmmədov artıq yeni mövsüm haqda düşündüklərini qeyd edib: “Yayda yeni transferlər olacaq. Çatışmayan oyunçularımız çoxdur. Hər mövqeni gücləndirməliyik. Komandanın da büdcəsi artırılacaq”. 

Xəbər xətti