Samir Abasov: "İtirəcək və qazanacaq bir şeyimiz qalmayıb"

21:53 - 17 Aprel 2016

"Oyuna gəlincə, komandamın göstərdiyi oyundan tam razıyam"
 
Premyer Liqanın XXX turunda "Sumqayıt” səfərdə AZAL-a 1-0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "CBC Sport”a açıqlama verən "Sumqayıt”ın baş məşqçisi Samir Abasov qarşılaşma haqqında fikirlərini bildirib: 
 
"AZAL-ı qələbə münasibətiylə təbrik edirəm. Oyuna gəlincə, komandamın göstərdiyi oyundan tam razıyam. İtirəcək və qazanacaq bir şeyimiz qalmayıb. AZAL-a necə qol vurmağın yollarını tapa bilmirik. Mən və uşaqlar gələcəkdə bu barədə fikirləşib, çıxış yolu tapmağa çalışacağıq. Qarşıdakı oyunlarda azarkeşlərimizi sevindirmək üçün bütün oyunlarda qələbə qazanmağa çalışacağıq".

Xəbər xətti