Krneta sıraya döndü
Premyer Liqanın XXXI turunda "Neftçi" ilə qarşılaşacaq "Zirə" zədəlisindən şad xəbər alıb.
Klubdan Sportal.az-a verilən məlumata görə, bir müddətdir zədəli olan Yovan Krneta artıq tam sağalıb. Mərkəz müdafiəçisi bu gün komanda ilə birlikdə məşqə çıxacaq. Məşqçilər heyətinin şans verəcəyi təqdirdə, Krneta "Neftçi" ilə matçda start heyətdə meydana çıxa biləcək.
Qeyd edək ki, "Neftçi" - "Zirə" dueli şənbə günü saat 19:00-da start götürəcək.
saytlarin hazirlanmasi