"Traktor Sazi" qrup lideridir
Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-ci turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxıb. Təbriz təmsilçisi səfərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Traktor Sazi" 12 xalla qrup lideridir. "Əl-Hilal" isə 8 xalla ikincidir.
saytlarin hazirlanmasi