Xorvatiyada abidə ucaldılması məqsədi ilə
Millimizin baş məşqçisi Xorvatiyada abidə ucaldılması məqsədilə təşkil olunan aksiyaya qoşulub.
Sportal.az xəbər verir ki, abidə 200 min serbiyalının Xorvatiya ərazisindən qovulması ilə əlaqədar Knin şəhərində qoyulacaq.
Xorvat məşqçi “Xorvatiyanın qələbəsi – Fırtına 95” adlı abidənin ucaldılmasına kömək edəcək. Abidə Knin şəhərində ucaldılacaq. Lazım olan 800 min avronu Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, nazirlər, Zaqreb meri Milan Bandiç və keçmiş futbolçulardan Zvonimir Boban, İqor Ştimats və Robert Prosineçki toplayacaq.
Qeyd edək ki, bu abidənin qoyulması 200 min serbiyalının Xorvatiyadan qovulması ilə əlaqədardır.
saytlarin hazirlanmasi