Mövsümün sonunda komandadan ayrılacaq
Şotlandiyanın "Seltik” klubunun baş məşqçisi Ronni Deyla mövsümün sonunda istefa verəcək.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Şotlandiya mətbuatına açıqlamasında 40 yaşlı mütəxəssisin meneceri də təsdiqləyib. Buna səbəb isə "Seltik”in Şotlandiya kubokunun yarımfinalında əzəli rəqibi "Reyncers”ə məğlub olmasıdır. Azarkeşlərin təzyiqi Deylanın belə bir qərar qəbul etməsinə şarait yaradıb.
Maraqlıdı ki, Deyla "Seltik” karyerası ərzində 1 dəfə Bakıya səfər edib. Cari mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ”la qarşılaşan "Sletik” oyundan səfərdən 0-0 hesablı nəticə ilə qayıtmışdı.
saytlarin hazirlanmasi