"Türkiyə qardaşı üçün çalışır"
"Barselona" klubunun və Türkiyə millisinin ulduz futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı kampaniyaya dəstək verilməsini istəyib.
Sportal.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb: "Türkiyə qardaşı üçün çalışır. Bir imza ilə Azərbaycana dəstək olmağa davam edirik".
Bunun müqabilində futbolçunun Azərbaycandakı fanatları oyunçuya təşəkkür mesajları göndəriblər.
saytlarin hazirlanmasi