Orici də sıradan çıxdı
"Liverpul" daha bir ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın hücumçusu divok Orici zədələnib. "Everton"la Premyer Liqa matçında zədə alan belçikalı futbolçunun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Lakin onun "Avro-2016"da oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, daha öncə "Liverpul"un müdafiəçisi Emre Can zədələnərək 4-6 həftəlik sıradan çıxıb.
saytlarin hazirlanmasi