Yarımfinal mərhələsinin ilk matçı Çakıra həvalə olundu
UEFA türkiyəli referi Cüneyt Çakıra növbəti təyinat verib.
Sportal.az xəbər verir ki, FİFA referisi Cüneyt Çakır Çempionlar Liqasının yarımfinal mərhələsində üz-üzə gələcək "Mançester Siti" - "Real" Madrid matçını idarə edəcək. Çakırın köməkçiləri Cem Satman və Tarık Ongün olacaq. Dördüncü hakim isə Serkan Ok olacaq. Qapı hakimləri isə Hüseyn Gökçek və Barış Şimşəkdir.
Qeyd edək ki, “Mançester Siti” – “Real” matçı 26 aprel, saat 22:45-də baş tutacaq.
saytlarin hazirlanmasi