Mahrez və Alli seçildi
İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçularının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Peşəkar Futbolçular Assosiasiyası tərəfindən keçirilən sorğuda "Lester Siti"nin 25 yaşlı yarımmüdafiəçi Riyad Mahrez bütün rəqiblərini qabaqlayaraq mövsümün ən yaxşı futbolçusu seçilib. Əlavə edək ki, Mahrez İngiltərədə bu mükafatı alan ilk afrikalı futbolçu olub.
“Tottenhem”in 20 yaşlı yarımmüdafiəçisi Dele Alli mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
Bu mövsüm Premyer Liqada Mahrez 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Dele Alli isə 10 qol vurub və 9 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi